Zaur Hacı-Məhərrəmov Avropa Liqası oyununda
11.10.2020 , 13:40

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.
Korner.az xəbər verir ki, adıçəkilən rəsmi şəxs UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Slovan Liberets” – “Gent” (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.
Matç oktyabrın 22-də Çexiyanın Liberets şəhərindəki “U Nisi” stadionda keçiriləcək.
