Zaur Həşimov: “Dinamo”ya qarşı bərabər mübarizə apara bilərdik”
02.08.2019 , 10:38

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Dinamo”(Gürcüstan,Tbilisi) -“Qəbələ”matçından (3:0)sonra “qırmızı-qaralar”ın baş məşqçisi Zaur Həşimov mətbuat konfransı keçirib.
Korner.az-ın məlumatına görə,baş məşqçi məğlubiyyəti şərh edib:
“Dinamo” zəif komanda deyil.Analiz zamanı da bunu görmüşdük.Onlar oyunda da göstərdilər ki,layiqli komandaları var.Bugünki heyətlə də “Dinamo”ya qarşı bərabər mübarizə apara bilərdik.Amma müəyyən səbəblərdən tam hazır ola bilmədiyimiz üçün hər iki görüşdə məğlub olduq.Həkimlərin rəyinə görə zədələnərək əvəzlənən Juniçin almacıq sümüyündə sınıq var.O,əməliyyat olunmalıdır”.
