Zaur Həşimov: “Bu komandanı yaxşı tanıyıram”
30.11.2019 , 18:02

Premyer Liqanın 13-cü turunda “Qəbələ”yə 0:3 hesabı ilə uduzan “Zirə”nin baş məşqçisi Zaur Həşimov mətbuat konfransında fikirlərini bölüşüb.
Korner.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti şərh edib:
“Bu komandanı yaxşı tanıyıram. Matçdan əvvəl də demişdim ki, bizi Qəbələyə ağır səfər gözləyir. İbrahim Niaase rəqibin orta sahəsini gücləndirmişdi. “Qəbələ” qələbəni haqq edirdi”.
