Zaur Həşimov: “Əsas odur ki, mərhələni keçdik”
19.12.2019 , 19:05

“Zirə”nin baş məşqçisi Zaur Həşimov ölkə kubokunun 1/4 finalında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib, yarımfinala yüksəldikləri matçdan sonra açıqlama verib.
Korner.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni belə şərh edib:
“Çox stressli oyun idi. Bu, hər iki matça aiddir. Futbolçularımızda qələbə əzminə görə həddən artıq gərginlik vardı. Sözün düzü, elə məndə də. Əsas odur ki, nəticə bizim üçün yaxşı oldu və mərhələni keçdik”.
