Zaretska bürünc medal qazandı
11.06.2023 , 19:50
Qadınlardan ibarət karate üzrə Azərbaycan yığmasının lideri İrina Zaretska (68 kq) Fukuokada (Yaponiya) keçirilən Premyer Liqa turnirinin üçüncü mərhələsində bürünc medal görüşünə çıxıb.
Korner.az xəbər verir ki, onun üçüncü yer uğrunda döyüşdəki rəqibi Qazaxıstan təmsilçisi Venera Jaxibayeva olub. Rəqibinə qalib gələn ikiqat dünya çempionu turnirin bürünc medalına yiyələnib.
Rabatda (Mərakeş) keçirilən əvvəlki Premyer Liqa turnirində Zaretska qızıl medal qazanıb.