Zarafata görə 1 oyunluq cəzalandı
14.11.2019 , 19:01
“Mançester Siti”nin futbolçusu Bernardo Silva sosial şəbəkə hesabında komanda yoldaşı Benjamin Mendiyə etdiyi zarafata görə cəza alıb.
Korner.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası portuqaliyalı oyunçunu irqçilikdə ittiham edərək 1 oyunluq cəza kəsib.
Budan əlavə, Bernardo Silva 50 min funt-sterlinq məbləğində cərimələnib.