Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın düşərgəsinə daha bir futbolçu qoşulub.
Korner.az-ın məlumatına görə, "ağ-yaşıllar"ın düşərgəsinə gələn futbolçu xorvatiyalı Marin Orsuliçdi. Dünəndən komandaya qoşulan 26 yaşlı yarımmüdafiəçinin Cənub klubunda qalıb-qalmayacağı haqda qərarı Karles Bakes verəcək.
Qeyd edək ki, Orsuliç karyerasının Xorvatiyanın “Zaqreb” klubunda keçirib. O, 2005-ci ildən forma geyindiyi komandada 87 oyun keçirib və 4 qol vurub.
