“Zaqatala” yenidən zirvədə
19.03.2021 , 18:13

I Divizionda XVIII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
“Zaqatala” səfərdə “Turan Tovuz”u məğlub edərək, liderliyə yüksəlib.
I Divizion
XVIII tur
“Turan Tovuz” – “Zaqatala” – 1:3
Qollar: Ramin Süleymanov, 9 – Xəqani Sadıxov, 6, Xəlil Bəşirov, 46, Əsədulla Heydərov, 90+5
MOİK – “Qaradağ Lökbatan” – 0:0
