big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Zaqatala təmsilçisinin tarixində ikinci dəfə

30.05.2012 , 07:01

Hazırda növbəti mövsümə hazırlıqları davam etdirən "Simurq" yenidən liqada iddialı bir kollektiv yaratmaqla avrokuboklara vəsiqə qazanmağı qarşısına məqsəd qoyub. Ancaq geridə qalan ilə nəzər yetirsək, "sarı-qaraların" statistik göstəricilər baxımından heç də pis nəticələr əldə etmədiyinin şahidi olarıq.

Korner.az-ın məlumtına görə, klubun rəsmi saytı geridə qalan mövsümün statistik göstəricilərini açıqlayıb. Premyer Liqanın 2011–2012-ci il mövsümünün 32 turdan ibarəd periyodunu 8 qələbə, 10 heç-heçə və 14 məğlubiyyətlə, ümumilikdə 34 xal toplayan "Simurq" 2-ci dəfə turnir cədvəlində 9-cu pilləni tutub. 2010-2011-ci il mövsümündə tarixinin ən pis nəticəsini göstərərək çempionatı 11-ci pillədə başa vuran Zaqatala təmsilçisi iştirak etdiyi ötən beş mövsümdə ən yaxşı göstəricini 2008-2009-cu ildə çempionatın bürünc medallarını qazanmaqla əldə edib.

Ümumi statistikaya baxsaq, "Simurq"un bu il həm doğma arenada, həm də səfərdə eyni nəticələr qazandığını görərik. "Sarı-qaralar" qonaq olduğu 16 oyunda 4 qələbə, 5 heç-heçə, 7 məğlubiyyət sayəsində 17 xal toplaya bilib. Bu göstəricilər ev oyunlarında da eynidir. Ümumilikdə 27 dəfə rəqib qapısına yol tapan komanda, 41 dəfə isə topa meydanın mərkəzindən başlamağa məcbur olub.

Mövsümün seçilən futbolçuları

Geridə qalan mövsüm ərzində 31 futbolçu "Simurq"un uğurları üçün mübarizə aparıb. Onlardan 10-u legioner, yerdə qalanı isə yerli oyunçular olub. Qış transfer dövründə heyətinə 6 yeni futbolçu qatan komanda çempionatı 23 futbolçu ilə başa vurub.

Bu mövsüm "Simurq"un heyətində ən çox forma geyinən futbolçu V turda "İnter"lə oyunda debut edən Vidas Alunderis olub. Litvalı futbolçu 2350 dəqiqə meydanda mübarizə aparıb və XXIII turda komandanınn 2012-ci ildə ilk qoluna da imza atıb. İki qarşılaşmada isə cəza səbəbindən forma geyinə bilməyib.

Bu mövsüm ən az forma geyinən futbolçu isə Samir Quliyev olub. Yalnız III turda meydana buraxılan furbolçu 21 dəqiqə mübarizə aparıb.

Oyunların sayına görə isə Qərib İbrahimovla Vasiliy Yanatovski yoldaşlarından fərqlənib. Hər iki futbolçu 28 qarşılaşmada forma şansı əldə edib.

Mövsüm ərzində "Simurq"un oyunlarını idarə edən hakimlər 23 futbolçuya sarı, üçünə isə qırmızı vərəqə göstərib. Birbaşa qırmızı vərəqə göstərilənlər Aleksandr Şemanayev, İlkin Qırtımov və Vasiliy Yanatovskiy olub. Gənc futbolçuz Qırtımova hətta mövsüm ərzində iki dəfə bir başa qırmızı vərəqə ilə cəzalandırılıb. Rusiyalı ligeonerlər – Vasiliy isə XII turda "Rəvan"la qarşılaşmada iki sarı vərəqədən sonra qırmızı alaraq komandasını meydanda azlıqda qoyub.

Ən çox sarı vərəqə ilə cəzalandırılan futbolçu isə Vidas Alunderis olub. Mövsüm ərzində ona 12 dəfə kart göstərilib. Litvalı futbolçunu isə kapitan Rasim Ramaldanov izləyib. Onu çıxdığı 24 qarşılaşmada hakimlər 8 dəfə sarı vərəqə ilə cəzalandırıb. Zədə səbəbindən mövsümü tez bitirən və komanda ilə yollarını ayıran Andreys Rubins nizam-intizamı ilə heyətdə seçilən futbolçu olub. Təcrübəli yarımmüdafiəçi mövsüm ərzində 18 dəfə çıxdığı matçların heç birində hakimlər tərəfindən cəzalandırılmayıb.

Bu mövsüm hakimlər tərəfindən "Simurq"un qapısına 5 dəfə penalti təyin olunub. Onlardan 3-də rəqib komandalar yararlana bilsələr də, qalan iki topu II turda qapıçı Adnan Hodziç, XXXI turda isə Dmitri Kramarenko dəff edə bilib.

Premyer Liqada bu il vurulan 445 qolun 27-ni "Simurq"a məxsusdur. Onlardan biri avtoqol sayəsində qeydə alınıb. Belə ki, XVI tur çərçivəsində "Turan"la keçirilən matçda rəqib komandanın gürcüstanlı legioneri Aleksandr Qoqoberişvili topu öz qapısına göndərib. "Simurq"un 20 qoluna isə komandanın mövsüm ərzində formasını geydiyi legioner futbolçular vurub. Zaqatala təmsilçisinin heyətində ən çox fərqlənən futbolçu isə Robertas Poşkus olub. IV turdan komandanın heyətində meydana çıxan təcrübəli hücumçu 16 oyunda 8 dəfə rəqib qapıçılarını məyus edib. Bununla yanaşı, "Simurq" bu mövsüm iki penaltidən istifadə edə bilməyib. XXI turda Rəşad Eyyubov, XXXI turda isə İqor Tarasovs qol vurmaq imkanını əldən verib.

Rəqib komandalar bu il "Simurq"un qapısından 41 top keçirdib. Bu qollardan biri Rasim Ramaldanovun aktivinə yazılıb. Mövsümün açılış matçında kapitan topu öz qapısına göndərib. Vurulan qolların 21-i Adnan Hodziçin, 6-sı Fuad Əhmədovun, 14-ü isə Dmitri Kramarenkoya qapı həvalə edilən zaman vurulub.

Son yazılar

To Top