Zaqatalanın “Simurq” klubu stadionla bağlı hələdə problemləri yoluna qoymayıb.
Korner.az-ın məlumatına görə, Zaqatala stadionunda təmir-bərpa işləri görülməkdədir və bu səbəbdən komanda indiyəqədərki ev görüşlərini gah Qəbələdə, gah da Bakıda keçirdi. Bu gedişlə zaqatalalı azarkeşlər daha bir müddət gözləməli olacaqlar. Çünki son məlumata görə, Zaqatalada işlər ən tezi sentyabrın sonlarında yekunlaşacaq. Bu isə o deməkdir ki, “Simurq” sentyabrın 15-də “Sumqayıt”ı başqa stadionda qəbul etməli olacaq. Bizdə olan məlumata görə, görüşün “Şəfa” stadionunda oynanılması nəzərdə tutulur
