Zaqatalanın “Simurq” klubu ciddi itkilərlə qarşılaşıb.
Korner.az-ın məlumatına görə, “Sumqayıt”la oyunda sarı vərəqə alan Elnur Abdullayev və Tural Axundov cəzalı duruma düşüb.
Hər iki futbolçu sarı vərəqə limitini doldurduğu üçün “İnter”lə matçda meydana çıxa bilməyəcəklər.
