“Xoşbəxtəm. “Stemford Bric”də fərqlənməyi bacardım. Buna görə çox sevinirəm.Bu cür debütü ancaq arzulamaq olardı”.
Bu sözləri “Çelsi”nin futbolçusu Davide Zappakosta Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Qarabağ”a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra UEFA-nın saytına deyib.
Komandasının ikinci qolunun müəllifi olan D.Zappakosta qələbə qazandıqları üçün şad olduqlarını bildirib: “Açığı, vurduğum qol epizodunda hava ötürməsi etmək istəyirdim. Lakin top ayağıma yaxşı “oturduğundan”, qapıya getdi”.
İtaliyalı müdafiəçi ÇL-də ilk hədəflərinin qrupdan çıxmaq olduğunu söyləyib: “Məqsədimiz bacardığımız qədər irəli getməkdi. Bu tempdə davam edəcəyik. İlk növbədə isə qrupdan çıxmağı planlaşdırırıq”.
