Zaniolonun yeni sevgilisi kimdir?
22.05.2023 , 16:28

“Qalatasaray”ın futbolçusu Nikolo Zaniolo bu dəfə sevgi xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, bir müddət əvvəl türkiyəli aktrisa Burcu Özberkdən ayrıldığı deyilən futbolçunun yeni sevgilisinin kimliyi məlum olub.
İtaliya mətbuatının yaydığı məlumata görə, futbolçunun “Survivor”un iştirakçısı Aleyna Kalaycıoğlu ilə birlikdə olduğu bildirilir.
