Zaniolo “Qalatasaray”dan ayrılır?
15.06.2023 , 13:26

“Qalatasaray”ın futbolçusu Nikolo Zaniolo komandadan ayrılmağı düşünür.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirə bilər.
23 yaşlı futbolçu ilə “Tottenhem” və “Aston Villa” maraqlanır.
Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı gözlənilir.
İtalyan futbolçu 2023-cü ilin fevralından “sarı-qırmızılar”da çıxış edir.
