Zaniolo İtaliya klubundan ayrılır
22.05.2025 , 11:30

“Fiorentina” mövsümün ortasında “Qalatasaray”dan alış opsiyası ilə icarəyə götürdüyü Nikolo Zaniolo ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, klub futbolçu ilə davam etmək istəmir.
Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
İtaliya klubu 25 yaşlı futbolçu üçün 15,5 milyon avroluq alış variantından istifadə etməyəcək.
Zaniolonun “Qalatasaray”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
