Zaniolo “Atalanta”nın hədəfində
11.06.2024 , 14:55

“Qalatasaray”ın italiyalı ulduzu Nikolo Zaniolonun gələcəyi məlum deyil.
Korner.az xəbər verir ki, “Aston Villa”dan qayıdan və zədəsi səbəbindən AVRO-2024-ü buraxan italyan ulduz Avropa çempionatında da bazarlıq şansını itirib.
“Vilyarreal”ın təqib etdiyi 24 yaşlı futbolçu İtaliyaya qayıtmaq istəyir.
Zaniolo ilə “Atalanta” da maraqlanır.
İtaliya komandasının əvvəlcə “Qalatasaray”la sonra isə italyan ulduzla danışıqlara başlaması gözlənilir.
“Qalatasaray” 2027-ci ilə qədər müqaviləsi olan Zaniolo üçün 25 milyon avroluq bazarlıq danışıqlarına başlamağa hazırlaşır.
