Zamiqin komandasından məğlubiyyət
31.10.2024 , 11:30

Albaniya çempionatında 11-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” “Laçi”nin qonağı olub.
“Eqnatiya” bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2.
Əliyev də bu matçda iştirak edib. O, starr heyətdə meydana çıxıb və 6-cı dəqiqədə əvəzlənib.
“Eqnatiya” 16 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
