“Zaltsburq” klubunun baş məşqçisi Adi Hütter Çempionlar Liqasının III təsnifat mərhələsindəki “Qarabağ”ın oyununu izləmək üçün Bakıya gəlib.
Korner.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis bu axşam keçiriləcək “Qarabağ” – “Valletta” matçını stadiondan canlı izləyəcək.
Qeyd edək ki, qarşılaşma saat 21:30-da başlayacaq. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
