“Zalsburq”un baş məşqçisi Adolf Hütter “Qarabağ” ilə oyun öncəsi yerli jurnalistlərə açıqlama verib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ağdamlıların çətin rəqib olduğunu etiraf edir:
“Bizi heç də asan oyunlar gözləmir. Uzun yol qət edəcəyik, təxminən, altı saata yaxın. “Qarabağ” evdə gözəl oynayır. Bundesliqadakı son nəticələrimiz bizi sevindirir. Amma eyforiyaya qapılmaq olmaz”.