Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zalsburq" – "Qarabağ" matçının hakimləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, avqustun 6-da "Red Bull Arena"da baş tutacaq görüşü Şotlandiyalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Robert Madden olacaq. Ona həmyerliləri Qraham Çambers və Alastair Mazer köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Brian Kolvin yerinə yetirəcək.