Zaha üçün 3 klub mübarizə aparır
21.04.2019 , 20:00

İngiltərənin “Krystal Palas” klubu aparıcı üzvlərindən Vilfred Zahanı satmaq qərarına gəlib.
Buna səbəb futbolçunun böyük klublardan birində çıxış etmək istəməsi olub. Artıq futbolçunun xidmətindən İngiltərədən “Arsenal”, “Tottenhem”, Almaniyadan isə “Borusiya Dortmund” kimi klublar maraqlıdır. Sözügedən klub 26 yaşlı oyunçu üçün 80 milyon avro tələb edir.
Qeyd edək ki, Vilfred Zaha 2015-ci ildən etibarən “Krystal Palas” klubunun formasını geyinir.
