Zaha “Qalatasaray”dan gedir?
22.07.2024 , 13:32

Vilfrid Zaha “Qalatasaray”dan ayrılmayacaq.
Korner.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Xəbərdə, oyunçunun bu mövsüm də Super Liqa klubunda oynayacağı bildirilib.
Ötən mövsüm İstanbul nəhənginin heyətində 42 matçda iştirak edən Zaha 10 qol vurub, 5 məhsuldar ötürmə edib.
Hazırda bazar dəyəri 11 milyon avro olan 31 yaşlı futbolçunun “Qalatasaray”la müqaviləsi 2026-cı ilə qədərdir.
