Zaha “Qalatasaray”da!
24.07.2023 , 10:17

“Qalatasaray” Vilfrid Zahanın transferini açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə nəhəngi “Kristal Palas”dan ayrılan futbolçunu heyətinə cəlb edib.
Zahanın adı “Fənərbağça” ilə hallansa da, futbolçu “Qalatasaray”la razılığa gəlib.
