Zaha ABŞ klubuna keçir
16.01.2025 , 11:10

“Qalatasaray”ın futbolçusu Vilfred Zaha yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, hazırda icarə əsasında “Lion”da çıxış edən 32 yaşlı vinger “Şarlott”la razılığa gəlib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
MLS təmsilçisi oyunçunu icarəyə götürmək istəyir. Müqavilədə 3,5 milyon avroluq satınalma bəndi də var.
Zahanın transferinin yaxın zamanda yekunlaşacağı gözlənilir.
