Zabit Səmədov nokautla karyerasını başa vurdu
11.09.2022 , 11:42

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.
Korner.az xəbər verir ki, o, son görüşündə braziliyalı sabiq UFC idmançısı Antonio Silva ilə qarşılaşıb. “Mauqli” ləqəbli idmançı rəqibini 1-ci raundda nokauta salmaqla kəmərə sahib olub.
38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.
