Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Dubayda aprelin 17-də keçirdiyi döyüşdə qalib gəlib.
Korner.az-ın məlumatına görə, “Global Fighting Championship” turniri çərçivəsində böyük britaniyalı idmançı Stiv Makkinon ilə qarşılaşan idmançımız ardıcıl 8-ci qələbəsini qazanıb.
Qeyd edək ki, azərbaycanlı professional idmançı Zabit Səmədov keçirdiyi 81 döyüşdə qazanadığı 71 qalibiyyətindən 35-də rəqiblərini nakaut edib.
