Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti qələbəsini qazanıb.
Korner.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, ötən gün Çeçenistanın paytaxtı Qroznıda “Akhmat Fight Show” çərçivəsində rinqə çıxan Azərbaycan idmançısı bosniya və hersoqovinalı rəqibi Dzevad Poturakla üz-üzə gəlib.
Üçraundluq qarşılaşmadan sonra hər üç hakimin yekdil qərarı ilə Zabit qələbəni bayram edib. Döyüşdən sonra Zabit fikirlərini bölüşüb:
“Ətrafda dostlar, yerlilər və ən böyük azarkeş – dostum və qardaşım Ramzan Kadırov var. Mənə “Əhməd” klubunda çıxış etmək imkanı yaratdığı üçün Ramzan Kadırova minnətdarlığımı bildirirəm və öz qələbəmi Çeçen Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr edirəm”.
