Rusiyalı biatlonçu Alina Yakimkina dünyasını dəyişib. 21 yaşlı idmançının vəfatına ürək çatışmazlığı səbəb olub.
Korner.az-ın məlumatına görə, A.Yakimkina fevralın 21-də Tümendə keçirilən Rusiya Kuboku zamanı vəfat edib. Həkimlər yarış zamanı özünü itirən idmançı qıza yardım etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb.
