"Vacib toplar saxladım. Əslinə qalsa Səlçukun da topunu tuta bilərdim. Zərbədən əvvəl Melo topun üstündən keçdi, hakim də oyunu saxladı və diqqətim bir az ona yönəldi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qalatasaray" – "Fənərbağça" derbisində oyunun qəhrəmanlarından olan Volkan Dəmirəl deyib. Oyun boyu komandasını bir neçə dəfə real qol vəziyyətindən xilas edən Dəmirəl sözlərinə bu cür davam edib: "Məni "Qalatasaray" tərəfdən sevməyə bilərlər. Normal haldır, çünki biz əzəli rəqibik."