Zəngilan işğaldan azad edildi
20.10.2020 , 15:20

Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Saraşfa, Həsənqaydı, Füqanlı, imambağı, Daşveysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Notraşen), Vəng – Çinarlı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkari, Şərifan, Muğanlı kəndləri, Zəngilan şəhəri, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağıveysəlli, Yuxarı Aybasanlı kəndləri Ermənistan işğalından azad edib.
Korner.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.
