Futbol

“Zəif olduğumuz düşüncəsini yox etməyə çalışmalıyıq” – De Byazi

23.02.2021 , 12:01

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.

Byazi Azərbaycan milli komandasındakı işindən də danışıb:

“Azərbaycanda yaxşı iş planlaşdırmaq üçün möhtəşəm strukturlar var. Aşağı yaş qruplarında böyüməli, uşaqların texniki və taktiki inkişafını hədəfləyən proqramlar təşkil etməliyik”.

De Byazi müsahibəsində ilk dəfə 2014-cü ildə AFFA-dan təklif aldığını bildirib:

“Düzgün xatırlayıramsa, 2014-cü ildə Azərbaycan Futbol Federasiyasının nümayəndələri ilə görüşdüm. Sonra 2020-ci ilin ilk aylarında və iyulunda AFFA-nın baş katibi Elxan Məmmədov menecerimlə əlaqə saxladı”.

Byazi, İtaliya futbolunun Azərbaycanda populyar olduğunu, burda A Seriyası klublarının azarkeşlərinin olduğunu da qeyd edib. İtalyan mütəxəssis müsahibəsində Azərbaycan millisinin DÇ-2022-dəki şanslarından da söz açıb:

“Azərbaycanda İtaliya futbolu çox populyardır. Bir çox azarkeşlər bizim klublara dəstək olur. Tanıdığım insanlardan “Milan”, “Yuventus”, “İnter” və “Roma”ya azarkeşlik edənlər var.

DÇ-2022-də çətin qrupdayıq. Lakin 4-cü yer məni qane etmir. Zəif olduğumuz düşüncəsini yox etməyə çalışmalıyıq. Bütün imkanlarımızı sərf edəcəyik. Bütün imkanlardan yararlanmaqla oynamaq əzmində və intellektli komanda olduğumuzu göstərmək istədiyimizə çox inanıram”.

Son yazılar

Yuxarı