Ölkə futbolu

“Zəfər” turniri keçiriləcək

09.02.2021 , 19:31

AFFA-nın təşkilatçılığı ilə 10-11 fevral tarixlərində AFFA, PFL və Premyer Liqa klublarının əməkdaşlarının iştirakı ilə “Zəfər” turniri keçiriləcək.

Korner.az xəbər verir ki, ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş turnirin oyunları Bakı Olimpiya Stadionunun süni örtüklü futbol meydançalarında təşkil olunacaq.

Bu gün AFFA-nın inzibati binasında yarışın püşkatma mərasimi keçirilib. Turnirin açılış oyununda AFFA və “Sabah” komandaları qarşılaşacaq.

Turnirin təqvimini diqqətinizə çatdırırıq:

1/8 final

AFFA – “Sabah”

“Səbail” – “Sumqayıt”

1/4 final

“Keşlə” – PFL

“Qəbələ” – “Neftçi”

“Zirə” – (“Səbail” – “Sumqayıt” cütünün qalibi)

“Qarabağ” – (AFFA – “Sabah” cütünün qalibi)

Son yazılar

Yuxarı