Zədəsi sağalan futbolçular yenidən meydanda
10.07.2018 , 15:09

İngiltərə millisinin futbolçusu Cordan Henderson zədəsini tam sağaldıb
28 yaşlı yarımmüdafiəçi komanda ilə ümumi məşqlərə başlayıb. Xəbərdə həmçinin, qasıq əzələsindən problemi olan yığmanın hücumçusu Ceymi Vardinin durumunun yaxşı olduğu vurğulanıb. Hər iki oyunçunun DÇ-2018-in yarımfinalında Xorvatiya ilə görüşə hazır olduğu bildirilb.
Qeyd edək ki, Xorvatiya – İngiltərə görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
