“Yuventus”un zədəliləri sağaldı
17.10.2019 , 22:36

İtaliya çempionu “Yuventus”un zədəli futbolçuları Matta Perin, Aron Remzi və Danilo sağalıb.
Korner.az xəbər verir ki, hər üç futbolçu komanda ilə birgə məşqlərə başlayıb.
Qeyd edək ki, oktyabrın 19-da keçiriləcək “Yuventus” – “Bolonya” oyunu saat 22:45-də start götürəcək.
