“Yuventus”un zədəli futbolçusu sıraya döndü
19.02.2020 , 17:25

“Yuventus”un zədəli futbolçusu Sami Xedira sıraya dönüb.
Korner.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
32 yaşlı futbolçu artıq komanda ilə məşqlər edir.
Komanda qarşıdakı oyunlarda onun xidmətindən yararlana biləcək.
