“Yuventus”un zədəli futbolçusu sağaldı
05.02.2020 , 17:10

“Yuventus”un zədəli futbolçusu Corco Kyellini sağalıb.
Korner.az xəbər verir ki, 35 yaşlı müdafiəçi komandayla məşqlərə başlayıb.
Kyellini 2019-cu ilin avqustunda zədələnmiş və əməliyyat olunmuşdu.
Müdafiəçi bu mövsüm A Seriyasında bir oyunda iştirak edib.
