Böyük ehtimalla "Yuventus"a transfer olunan Maurisio İsla bir gün "Real"ın (Madrid) formasını geyinmək istədiyini bildirib.
Korner.az-ın məlumatına görə, çilili futbolçu "qoca-sinyora"ya keçidi üçün həkim müayinəsindən keçmişdi.
"Udineze"dən transfer olunan futbolçu gələcəkdə ən böyük xəyalının "Real"da oynamaq olduğunu vurğulayıb.
Qeyd edək ki, İslanın ayağında hal-hazırda yüngül zədəsi var.
