“Yuventus”un yeni transfer hədəfi
16.12.2023 , 16:14

“Yuventus” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, Turin klubu Ukrayna millisinin futbolçusu Georgiy Sudakovu transfer etmək istəyir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə, klubun artıq Donetsk “Şaxtyor”unun futbolçusunun nümayəndələri ilə danışıqlar apardığı bildirilib.
