“Yuventus”un vingeri “Çelsi”yə keçir?
23.04.2025 , 22:25

“Yuventus”un futbolçusu Kenan Yıldız İngiltərə klubunun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, türkiyəli oyunçu ilə “Çelsi” yaxından maraqlanır.
London klubu artıq Kenan üçün Turin təmsilçisinə müraciət edib.
19 yaşlı vinger bu mövsüm İtaliya klubunun heyətində 44 matçda çıxış edib, 8 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
