“Yuventus”un transfer siyahısındakı ukraynalı
22.09.2023 , 10:10

İtaliyanın “Yuventus” klubu “Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakovu heyətinə qatmağı düşünür.
Korner.az-ın məlumatına görə, Turin təmsilçisi futbolçunun mümkün keçidi ilə bağlı qarşı tərəflər danışıqlara başlayıb.
Sudakovun klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.
