“Yuventus”un transfer planı: 2 dünya ulduzu…
20.11.2018 , 14:36

Yayda Kriştiano Ronaldonu heyətinə qatan “Yuventus”un transfer planları üzə çıxıb. Turin klubu PSJ-dən Kilian Mbappe və “Real”dan Marko Asensionu heyətinə qatmağı planlaşdırır.
İtalyanlar bunun əvəzində Paulo Dibala və Mario Mandzukiçi satmaq niyyətindədi. Artıq Dibala üçün tələb olunan məbləğ də bəllidi. “Yuventus” argentinalı ulduz üçün 130 milyon avrodan az təəklifləri qəbul etməyəcək.
Qeyd edək ki, Mandzukiç və Dibala 2015-ci ildən “Yuventus”un şərəfini qoruyur.
