“Yuventus”un tək rəqibi elə özüdür
26.02.2019 , 19:38

“Yuventus” klubu daxili çempionatda daha bir rekorda imza atıb.
Turin təmsilçisi 25 oyundan sonra 69 xal toplayan ilk italyan klubu olub. Bundan əvvəlki ən yaxşı göstərici isə “Yuventus” klubu ilə bərabər, “Napoli” və “İnter Milan” (21 qələbə, 3 bərabərlik, 1 məğlubiyyət) klublarına aiddir.
Qeyd edək ki, “Yuventus” hazırda İtaliya çempionatında ən yaxın izləyicisi “Napoli” klubunu 13 xal qabaqlayır.
