“Yuventus”un Sanço planı
23.06.2025 , 20:21

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Korner.az xəbər verir ki, Turin təmsilçisi “Mançester Yunayted”in oyunçusu Ceydon Sanço ilə maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə, “Yuventus”un 25 yaşlı hücumçunu birdəfəlik transfer etməyi planlaşdırdığı bildirilib.
