“Yuventus”un sabiq prezidenti evləndi – FOTO
03.05.2023 , 18:41
“Yuventus”un sabiq prezidenti Andrea Anelli türk sevgilisi Deniz Akalınla ailə qurub.
Korner.az xəbər verir ki, aprelin 29-da baş tutan cütlüyün toy mərasiminə Pavel Nedved də daxil olmaqla 40 nəfər qatılıb.
Onların evləndikdən sonra İtaliyanı tərk edərək həyatlarına Hollandiyada davam edəcəyi gözlənilir.
2015-ci ildən birlikdə olan cütlüyün iki övladı var.