“Yuventus”un prezidenti Bakıdadır
29.05.2019 , 16:20

“Yuventus”un prezidenti Andrea Anyellinin Bakıya gəlişinin əsl səbəbi məlum olub.
İtaliyanın “Tuttusport” nəşrinə istinadən yaydığı xəbərə görə, Avroliqanın paytaxtımızda keçiriləcək final matçını Bakı Olimpiya Stadionundan canlı izləyəcək klub rəsmisi həm də “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri ilə görüşmək üçün ölkəmizə təşrif buyurub.
Qəzet yazıb ki, ötən gecəni London klubunun məskunlaşdığı “Four Seasons” otelində keçirən Anyelli bu gün səhər saatlarında italiyalı məşqçi ilə görüşüb. “Çelsi”nin şefi Bryus Barkın da iştirak etdiyi görüşdə Sarrinin “Yuventus”a keçmək məsələsi müzakirə olunub. İddiaya görə, Turin klubu Sarri ilə 3 illik müqavilə ilə bağlı razılıq əldə edib.
