“Yuventus”un oyunu alınmadı” – “Ayaks”ın baş məşqçisi
17.04.2019 , 10:50

“Bu oyun Madriddəkindən tamamilə fərqli idi. Matçın əvvəlində “döyüş”, gərgin mübarizə oldu”. Bu sözləri “Ayaks”ın baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının 1/4 finalının “Yuventusl”la cavab oyunundan sonra UEFA-nın saytına açıqlamasında deyib.
Hollandiyalı mütəxəssis 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri görüşü belə şərh edib:
“Yaxşı təşkilatlanmışdıq. Ancaq oyunumuzda çatışmayan məqamlar da var. Bunu aradan qaldırmaq lazımdır. İkinci hissədə “Yuventus”un oyunu alınmadı, bizə boş zonalar verdilər. Sərbəst oynamağa başladıq. Bundan sonra 3-4 qol epizodu yaratdıq”.
