“Yuventus”un futbolçusu Filippo Romanya karyerasını “Kalyari”də davam etdirəcək.
20 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
İtaliya mətbuatı bu transferin “Kalyari”yə 7.5 milyon avroya başa gəldiyini yazıb.
Qeyd edək ki, italiyalı futbolçu ötən mövsüm icarə əsasında “Breşia”da çıxış edib.
