“Yuventus”un futbolçusunu istəyirlər
29.01.2025 , 19:00

“Santos” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, Braziliya klubu “Yuventus”un futbolçusu Artur Melonu icarəyə götürmək üçün hərəkətə keçib.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“Santos” 28 yaşlı yarımmüdafiəçinin keçidi üçün artıq qarşı tərəfə müraciət edib.
