“Yuventus”un futbolçusundan gözlənilməz ayrılıq qərarı
05.12.2018 , 10:09

Almaniya millisinin üzvü Sami Xedira “Yuventus”dan ayrılacaq.
31 yaşlı almaniyalı futbolçu yayda Turin təmsilçisini tərk edəcək. Təcrübəli yarımmüdafiəçinin ABŞ və ya Çin klublarından birinə keçəcəyi bildirilir.
Qeyd edək ki, Xedira “Yuventus”da 2015-ci ilin yayından çıxış edir.
