“Yuventus”un futbolçusunda koronavirus aşkarlandı
12.03.2020 , 10:02

“Yuventus”un futbolçusu Daniele Ruqanidə koronavirus aşkarlanıb.
Korner.az-ın məlumatına görə, müdafiəçinin testləri müsbət çıxıb. Klubun saytı 25 yaşlı futbolçu ilə təmasda olan şəxslərin yoxlanılacağını açıqlayıb.
Ruqani İtaliya A Seriyasında koronavirusa yoluxan ilk oyunçu olub. Ölkə çempionatı epidemiyaya görə dayandırılıb.
